“Stadionumuz yığmanın oyunlarını qəbul etməyə hazırdır”.
Presssport.az xəbər verir ki, bunu "Qəbələ"nin idman dirketoru Səbuhi Səfiyarlı deyib.
O, Qəbələ şəhər stadionunun UEFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Estoniya oyununu qəbul etməyə hazır olduğunu bildirib:
"Qəbələ şəhər stadionunda son durum ürəkaçandır. Ötən mövsüm başa çatdıqdan sonra ot örtüyünün yenilənməsi prosesi baş tutdu. Stadion Millətlər Liqasının oyunlarını qəbul etmək üçün standartlara cavab verir. Stadiona baxış keçirməsi üçün UEFA nümayəndələrindən gələnlər oldu. Lazım olan müvafiq tapşrııqlarını verdilər. Arenadan məsul şəxslər bütün lazımi işləri həyata keçirdilər. Stadionumuz yığmanın oyunlarını qəbul etməyə hazırdır. Burada AFFA-nın üzərinə düşən müəyyən öhdəlik var ki, artıq onlar da həyata keçirilir. Jurnalistlərin öz peşə fəaliyyətlərini rahat yerinə yetirməsi üçün sektor ayrılır".
S.Səfiyarlı millinin oyunlarının paytaxtdan kənarda keçirilməsinin müsbət hal olduğunu vurğulayıb:
"Millinin oyunlarının paytaxtdan kənarda keçirilməsi sevindiricidir. Digər ölkələrdə bu daha tez-tez yaşanır. Bunun üçün infrastruktur yüksək səviyyədə olmalıdır. Hansı ki, Qəbələ şəhərində bu mövcuddur. Tribunalar meydana daha yaxındır. Futbolçularımız tərəfdarların dəstəyini daha yaxından hiss edəcəklər".
Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda baş tutacaq Azərbaycan - Estoniya matçının start fiti saat 18:00-da səslənəcək (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC