AGF rəsmiləri "Qəbələ"nin qonağı olub

Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və Regionlar üzrə əlaqələndirici Elfaq Səfərov "Qəbələ" İdman Klubunun (İK) güləş bölməsində yaradılan şəraitlə tanış olmaq üçün Qəbələ şəhərinə səfər edib.

Presssport.az AGF-ə istinadən xəbə verir ki, rəsmilər məşqçilərlə görüşüb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb və idmançılara öz tövsiyələrini çatdırıb.

Onu da bildirək ki, “Qəbələ” İK-da məşqçi-müəllimlər Fərid Mustafayev (sərbəst güləş) və Ruhin Mikayılovun (yunan-Roma güləşi) rəhbərliyi altında 70-dən artıq yeniyetmə güləşlə məşğul olur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC