Hindistanda keçirilən atıcılıq üzrə Dünya Kubokunun final mərhələsi davam edir.
Presssport.az xəbər verir ki, Azərbaycan snayperi Nigar Nəsirova çıxışını başa vurub.
Təmsilçimiz 10 m məsafədən pnevmatik tapança ilə atəş açmada dəqiqliyini sınayıb. Təsnifatda 8-ci yerin sahibi kimi həlledici raunda vəsiqə qazanan atıcımız bu dəfə 115,6 xal yığıb. Nəsirova dünya kubokunu 8-ci yerdə yekunlaşdırıb.
Xatırladaq ki, Nigar Azərbaycan millisinin yarışdakı yeganə təmsilçisi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC