Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Bu gün “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Presssport.az-ın Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov ölkəmizdə bu cür beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, Azərbaycanda avarçəkmə ilə yanaşı, digər idman növlərinin də inkişaf etdiyini vurğulayıb. O, idmana göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev yarışda əcnəbi idmançıların mübarizə aparmasının müsbət məqam olduğunu söyləyib.

Bu yerdə bildirək ki, reqatada Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.

Xatırladaq ki, "Mingəçevir Reqatası" Gənclər və İdman Nazirliyi və AKAF-ın birgə təşkilatçılığı ilə təşkil olunur. Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında yarışın rəsmi açılış mərasimi keçiriləcək. Oktyabrın 18-də isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində rəsmi bağlanış mərasimi olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC