Qriqorçukun prioriteti Ukraynada qalmaqdı: "Azərbaycana "Neftçi"ni çempion etmək üçün getmişdim"

Roman Qriqorçuk bir müddət əvvəl “Neftçi”nin baş məşqçi postundan getməsinə ilk dəfə münasibət bildirib.

Presssport.a xəbər verir ki, Ukrayna mətbuatına danışan 59 yaşlı mütəxəssis Bakı klubundakı işini belə dəyərləndirib: “Neftçi”nin rəhbərliyinə təşəkkür edirəm. Azərbaycana bir məqsədlə getmişdim. Ümid edirdim ki, “Neftçi”ni çempion edib Çempionlar Liqasında oynayacağıq. Ora yalnız bunun üçün getmişdim. Amma 9 turdan sonra “Neftçi” bir qələbə də qazana bilmədi. Belə bir vəziyyətdə qarşılıqlı qərar (müqaviləni ləğv etmək) nümayiş etdirdiyimiz nəticələrin sonucundan başqa bir şey ola bilməzdi. “Neftçi”yə isə uğurlar arzulayıram, məqsədlərinə çatsınlar".

Ukraynalı mütəxəssisin sözlərinə görə, prioriteti təbii ki, Vətənində qalmaqdı: "Bunu əvvəllər etmək istəyirdim, sadəcə, Azərbaycana səfərlə bağlı istisna var idi. Bunu planlaşdırmamışdım, nədənsə bu seçim yarandı. İdeyalarımı həyata keçirmək istəyirəm, yüksək nəticələr əldə etməyə yönəlmiş layihədi”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC