İngiltərə millisinə almaniyalı baş məşqçi təyin olundu

Tomas Tuhel İngiltərə millisinin yeni baş məşqçisi təyin edilib.

Presssport.az xəbər verir ki, bu haqda milli komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 51 yaşlı almaniyalı mütəxəssis vəzifəsinin icrasına 2025-ci ildən başlayacaq.

Tuhelin son klubu bu ilin mayında tərk etdiyi "Bavariya" olub. Daha əvvəl o, "Çelsi", PSJ, "Borussiya" (Dortmund) da çalışıb.

Onu da bildirək ki, hazırda İngiltərə millisinə müvəqqəti olaraq Li Karsli başçılıq edir. İngilislər AVRO-2024-də milli komanda Qaret Sautqeytin rəhbərliyi altında finala qədər irəliləyərəl həlledici matçda İspaniyaya uduzub - 1:2.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC