"Qarabağ"ın və Monteneqro milli komandasının yarımmüdafiəçisi Marko Yankoviç UEFA Millətlər Liqasının B4 qrupunun IV turunda Uels yığmasıyla görüşdəki məğlubiyyəti (0:1) şərh edib.
Presssport.az xəbər verir ki, Ağdam klubunun aparıcı futbolçusu yığma komandasının uğursuz çıxışını bu cür dəyərləndirib:
“Bizi çətin oyunun gözlədiyini bilirdik. Uels bir çox cəhətdən üstün idi. İkinci hissədə “ya hər şey, ya da heç nə” prinsipi ilə oynamağa başladıq. Yaxşı görünürdük, lakin ümumilikdə Uels daha yaxşı komanda idi və layiqli qələbə qazandı”.
Yankoviçin fikrincə, bu 2 milli komanda arasında fərq var: "İstənilən komandaya qarşı oynayarkən nikbin və pozitiv düşünmək xoşdu. Ancaq ümumilikdə götürsək, Uelsin oyunçuları ciddi klublarda oynayır və hazırda bizdən daha yaxşıdı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC