Azərbaycanın daha 4 təmsilçisi "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.
Presssport.az-ın Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc mükafat əldə edib.
Onlar 2006-2007 təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə növündə müxtəlif əyarlı medal qazanıb. Cavid Vəlizadə isə 2008-2009 təvəllüdlü kanoeçilər arasında 1000 metr məsafədə 3-cü olub.
Bu yerdə bildirək ki,
Amil Ramazanov 2006-2007 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə mübarizəsində qalib olub. Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütlüyü bürünc mükafat əldə edib.
Xatırladaq ki, "Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC