"Mingəçevir Reqatası-2024”də 1-ci yeri tutan avarçəkənimiz: "Əminəm ki, yenə qızıl medal qazanacam"

“Azərbaycanı layiqli şəkildə təmsil etdiyimə görə xoşbəxtəm. İlk dəfə idi beynəlxalq yarışda iştirak edirdim. Reqataya ciddi hazırlaşmışdım və bunun da bəhrəsini gördüm”.

Presssport.az-ın Mingəçevir eza olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri “Mingəçevir Reqatası-2024”də qızıl medal qazanan Azərbaycan avarçəkəni Amil Ramazanov deyib.

Kayak növündə 1-ci yeri tutan idmançımız bu uğurla kifayətlənmək fikrində deyil: "Sabah Füzulidə, daha sonra Mingəçevirdə mübarizə aparacağıq. Bu turnirdə növbəti dəfə qızıl medal qazanmaq istəyirəm. Əminəm ki, buna nail olacam”.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri oktyabrın 18-də yekunlaşacaq "Mingəçevir Reqatası-2024"də indiyədək 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC