Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün 2-ci yoldaşlıq görüşünü keçirib.
Presssport.az xəbər verir ki, U-17 Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurub. Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) matçda qələbə qazanıb.
Xatırladaq ki, bu komandalar arasında oktyabrın 14-də keçirilən ilk yoldaşlıq oyunu 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC