"Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi Füzulidə Aşağı Köndələnçay su anbarında keçirilib

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Presssport.az-ın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər veri ki, tədbir Aşağı Köndələnçay su anbarında gerçəkləşib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər iştirak edib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayaraq bu gün tarixi və əlamətdar gün olduğunu vurğulayıb: "İkinci dəfə Füzulinin şəhər günü qeyd olur. İlk dəfə beynəlxalq turnirin burda təşkili buna rəng qatır. Turnirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. Dörd il əvvəl Füzuli işğaldan azad olundu və xalqımız doğma torpağına qovuşdu".

Yarışı açıq elan edən Qayıbov qonaqları salamlayıb və iştirakçılara uğurlar arzulayıb: "Qarabağa, Füzuliyə xoş gəlmisiniz!".

Bu yerdə bildirək ki, Füzulinin işğaldan azad olunmasından bu güb 4 il keçir. Xatırladaq ki, reqata oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC