Namibiya MOK-unun prezidenti Azərbaycana gəldiyim üçün xoşbəxtdi: "İnanmazdım ki, nə vaxtsa bu cür yarışı izləyəcəm"

“Azərbaycandan öyrənəcəyimiz çox şey var”.

Presssport.az-ın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Namibiya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Abner Axel Xoaqub "Mingəçevir reqatası-2024”ün rəsmi açılış mərasimində deyib.

Funksioner deyib ki, bu turnirdə olmaq onun üçün şərəfdi:

"İnanmazdım ki, nə vaxtsa bu cür yarışı izləyəcəm. Azərbaycana gəldiyim üçün xoşbəxtəm. 100-ə yaxın ölkədə olmuşam. Amma burda ölkə ilə Milli Olimpiya Komitəsi arasında sıx əlaqəni heç yerdə görməmişəm. Bu səbəbdən hər iki tərəfə təşəkkür düşür".

Qonaq təşkilatçılıqdan çox razı qaldığını vurğulayaraq, hər şeyin möhtəşəm olduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, turnir oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC