Azərbaycanın daha 2 təmsilçisi akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.
Presssport.az-ın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verirki, Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata sahib çıxıb.
Onlar Aşağı Köndələnçay su anbarındakı yarışda medalçı olub.
Ramazanov 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə kayakla mübarizədə 1-ci olub.
Vəlizadə isə 2008-2009 təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kanoe yarışında 3-cü olub.
Xatırladaq ki, təmsilçilərimiz oktyabrın 18-də başa çatacaq reqatanın dünən Mingəçevirdə keçirilən mərhələsində 9 medala sahib çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC