"Bu gün Füzulidə əsl bayram ab-havası var. Həm şəhərin işğaldan azad olunması günüdü, həm də burda beynəlxalq turnir təşkil edilir".
Presssport.az-ın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad olunmuş Füzuli şəhərində ilk dəfə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turniri barədə keçirdiyi brifinüdə deyib.
O, təşkilatçılığın yüksək səviyyədə olduğunu söyləyib: "Bunadək də Qarabağ bölgəsində beynəlxalq turnirlər keçirilib. Reqata isə ilk dəfədir Füzuli şəhərində təşkil olunur. Hazırda Azərbaycan iki böyük beynəlxalq yarışa - “TeamGym” üzrə 15-ci Avropa çempionatı və "Mingəçevir Reqatası"na ev sahibliyi edir. Bu da ölkəmizdə idmanın ildən-ilə inkişafının göstəricisidi".
Qayıbov idmanın insanları bir araya gətirən vacib sahə olduğunu vurğulayıb: "Hər kəs burdadı. Hiss olunur ki, iştirakçılar, izləyicilər xoşbəxtdi. Ümid edirik ki, gələcəkdə bu reqataya qatılan idmançıların sayında artım olacaq. Bilirsiniz ki, Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik".
Xatırladaq ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC