Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi çərçivəsində səyyar idman avtomobili Göygöl və Naftalan şəhərlərində olub.
Nazirliyin mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, Göygöl şəhəri, Heydər Əliyev parkında baş tutan tədbirə 150-dən çox idman həvəskarı, Naftalan şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirə isə 200-dək iştirakçı qoşularaq öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirib.
Naftalanda şəhər sakinləri ilə yanaşı, bu şəhərdə müalicə alan turistlər də iştirak edərək, müxtəlif idman növlərində qüvvələrini sınayıb.
Onu da bildirək ki, "Sağlam həyat" layihəsi çərçivəsində səyyar idman avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC