"Qeyri-ciddi fikirlərə önəm vermirəm, mənə kim sifariş edə bilər ki?" - Qurban Qurbanov

"Qarabağ" Misli Premyer Liqasının X turunda səfərdə "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

Presssport.az əbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq qarşılaşma haqda danışıb.

- Futbolçularımı təbrik edirəm. Milli fasilədən sonra vacib qələbə idi. Düzdür, oyundan tam razı qalmadım. Dinamika istənilən səviyyədə deyildi. Futbolçuların bir-birini sığortalaması düşündüyümüz kimi olmadı. Yalnız dünən bütün komanda birlikdə məşq etdi. "Kəpəz" çox istəkli idi. Onlara uğurlar arazulayıram. 

- Futbolçular millidəki məğlubiyyətlərin təsirindən çıxa bilib?

- Normal idilər. Bir az üzgünlük vardı. Gördüyünüz kimi toparlanıblar. Amma məğlubiyyətlər yaddan çıxmır. Ümid edirəm ki, millimiz qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edər. Ən əsası odur ki, bu gün hamı oyunu zədəsiz başa vurdu.

- AFFA İcraiyyə Komitəsinin üzvü kimi milli komandanın məğlubiyyətlərini sizin də passivinizə yazmaq olar?

- Bugünlərdə bu məsələləni nə qədər az müzakirə etsək, daha yaxşı olar. Hər birimiz üzgünük. Bəlkə də bu oyunların bir neçəsi məğlub olası oyun deyildi. Millimiz əlinə düşən fürsətlərdən yararlana bilmədi. Bu durumdan çıxmaq lazımdı. Fernandu Santuş çox təcrübəli məşqçidi. İnanıram ki, psixoloji cəhətdən futbolçulara düzgün yanaşa biləcək. Hamımız milli komandanın yanında olmalıyıq. Qarşıdakı matçlara daha istəkli və sakit hazırlaşmaq lazımdır.

- Nəriman Axundzadə ilə Musa Qurbanlının məhsuldarlığı azdır. Bunun səbəbi nədir?

- Hər ikisi əsas heyət oyunçusu deyil. Çünki rəqabətdə uduzurlar. Digər tərəfdən, Nəriman “Qarabağ”da məhsuldarlığına görə pis təsir bağışlamır. İki oyundan bir qol və ya assistlə yadda qala bilir. Miusa Qurbanlının uzun fasilədən sonra ikinci oyunu idi. Yaxşı nəticə vermək üçün oynadıqları dəqiqələr çox olmaldıır.

- Musa Qurbanlını icarəyə verməyi düşünürsüz?

- "Qarabağ"da yerli oyunçularımız heç də az oynamır. Üç cəbhədə mübarizə aparırıq. İcarəyə versək, özümüz də oyunçusuz qala bilərik (gülür). 

- İlqar Qurbanov "Sabaha saxlamayaq" verilişində bildirdi ki, əvvəllər milli komandaya sifarişlə futbolçular dəvət olunurdu. Siz də millinin baş məşqçisi olmusuz. Sizin dövrdə belə hal olub?

- Məni düz anlayın. Qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar Sovet düşüncəsidi. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş edə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb.

- Benzianın bu gün oynamaması "Ayaks"la oyuna daha yaxşı hazır olması üçün idi?

- Bu gün "Ayaks"la oyun barədə düşünmürdük. Hazır olan futbolçuları meydana buraxdıq. Onu əvvəlcədən meydana buraxmaq risk olardı. "Ayaks"la oyuna bir neçə gün vaxt var. Futbolçuların hazırlıq durumuna baxıb heyətlə bağlı qərar verəcəyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC