"Araz-Naxçıvan" Misli Premyer Liqasının X turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşma haqda danışıb.
- Billirdik ağır oyun olacaq. "Şamaxı" Premyer Liqada yeni olsa da, Ayxan Abbasov yaxşı, əzmkar komanda yaradıb. Komandam meydanda istədiyimi verməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- Oyun tez-tez dayanırdı. Temp sizi qane etdi?
- Dinamika yaxşı idi. Hər iki komanda həm əzmkarlıq göstərirdi, həm də bir-birinə hötmət edirdi. Ümumilikdə hakimlik normal idi.
- Komandanızın müdafiədəki oyunundan razısınız?
- Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Ümumi müdafiə planında bəzi epizodlarda boşluqlar veririk. Bu da normaldı.
- Sezar Meza Koli komandaya xeyir verəcək?
- Bəli, bizə xeyri dəyəcək. Meza Kolli yaxşı keyfiyyətlərə malik futbolçudu. Onu hələ iyunda gətirmək istəyirdik. Sadəcə, belə alındı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC