Ayxan Abbasov AFFA Hakimlər Komitəsinin sədrinin verilməyən penalti epizoduna şərh bildirməsini çox istəyir: "Açıq əl necə olur?"

"Şamaxı" Misli Premyer Liqasının X turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq görüşlə bağlı düşüncələrini bölüşüb. 

- Çətin oyun olacağını bilirdik. Böyük itkilərimiz var idi. Buna baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı. Belə oyunlarda qol epiozdları az olur. Əlimizə düşən 2-3 fürsətdən yararlana bilmədik. Ruhdan düşməməli, yolumuza davam etməliyik. Çox şeylərlə mübarizə aparırıq. Son oyunlarda bizə qarşı olan hakim səhvlərindən əziyyət çəkirik. Çox istərdim ki, Hakimlər Komitəsinin sədri bugünkü epizoda şərh bildirsin. Açıq əl necə olur? Belə penaltilər çox verilib. Eyni epizoddan başqa komandalar penaltilər vurub. Desinlər ki, bu oyunda şansınız yoxdu. Bəlkə də biz qaydaları bilmirik. 

- Hakimlərin səviyyəsi budur, yoxsa sizə qarşı qərəz var?

- Heç kimi ittiham etmək istəmirəm. Keçən oyunda bizə lazımsız sarı vərəqələr verildi. Həmin matçda Mert Çelik Belajdi Pusini döyürdü. Amma heç bir vərəqə verilmədi. Qərəz billmirəm, amma görünən odur ki, 3-4 oyundur bizə qarşı səhvlər olur. Bildiyim odur ki, bugünkü epizod penaltidi. "Turan Tovuz"la matçda qapımıza verilən 11 metrlik cərimə zərbəsi ilə bunu müqayisə edin. Yəqin ki, büdcəyə, iddiaya baxırlar. Uşaqların haqqına girirlər.

- Bu gün 5 itkiniz var idi. Heyətiniz yetərlidir?

- Əlbəttə ki, yetərli deyil. Hər məşqçi heyətinin geniş olmasını istəyər. Mövsümün əvvəlində iddiamızı demişik. Hədəfimiz Premyer Liqada qalmaqdı. Heyətdən gileylənmirik. Bunları gözləyirdik. Büdcəmizə uyğun heyət qurmuşuq. Möhkəm olmaq lazımdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC