“Neftçi"nin futbolçusu Emin Mahmudov komandasının fiziki durumundan danışıb.
Presssport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bundan söz açaraq növbəti turda "Sabah"a qarşı keçirəcəkləri səfər oyununa da toxunub: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik. Buna görə də “Səbail”lə oyunda sona yaxın rəqib qapısında təzyiq yara bilmirdik. Fiziki cəhətdən yaxşı durumda deyilik. “Sabah” isə çempionatın ən yaxşı komandalardan biridir. Çətin olacaq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, yaxşı oyun sərgiləyək və qələbə qazanaq".
Xatırladaq ki, “ağ-qaralar” ilk dövrəni qələbəsiz başa vuraraq bu həsrəti ikinci dövrənin startında baş məşqçi postunda ukraynalı Roman Qriqorçukun Samir Abasovla əvəzlənməsindən sonra bitirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC