"Bir həftə idi taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Komandamız adına çox şadam ki, qələbə qazana bildik”.
Presssport.az xəbər verir ki, bu sözləri “Nürnberq”in hücumçusu Mahir Emreli Almaniya II Bundesliqanın IX turunun bu gün “Qroyter”ə qarşı keçirilən derbi oyununda (4:0) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib. Millimizin futbolçusunun fikrincə, indi qələbəni bayram edə bilərlər, sabahdan isə növbəti matça köklənməlidirlər.
27 yaşlı futbolçu 13-cü dəqiqədə gözəl qolla hesabı açıb və bi, onun Almaniya çempionatında ilk qolu olub. Bu barədə də danışan Emreli qol vurmağın xoşuna gəldiyini vurğulayıb: "Yəqin ki, bu, karyeramda vurduğum ən gözəl qollardan biridi. Amma ən vacibi derbidə qazandığımız qələbədi”.
Mahir Almaniyada ilk dəfə derbi matçına çıxması barədə də təəssüratlarını bölüşüb:
“Belə oyunlar xoşuma gəlir. Bir çox derbidə oynamışam. Həmişə emosiyalar olur. Bu matçlar bir qədər fərqlidir. Azarkeşlərə bu gün qələbə bəxş etmək sözlə ifadə edilməyəcək hisslərdi”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC