Misli Premyer Liqasının 10-cu turunda “Sabah”la oyundan əvvəl “Zirə”nin futbolçusu Ruan Renatoya simvolik olaraq “100” yazılmış forma təqdim edilib.
Presssport.az xəbər verir ki, 30 yaşlı braziliyalı müdafiəçiyə formanı klubun icraçı direktoru Cahangir Məmmədov təqdim edib.
Xatırladaq ki, Ruan keçən turda “Turan Tovuz”la səfər matçında yubileyini qeyd edib. O, Premyer Liqamızda çıxdığı 100 oyunda 5 qol vurub. Renato Azərbaycanda 2 komandada forma geyinib. “Qəbələ”də 59 görüşdə 4 dəfə qola sevinən mərkəz müdafiəçisi “Zirə”də keçirdiyi 41 qarşılaşmada 1 dəfə fərqlənib.
Onun debütü 2021/22 mövsümünə təsadüf edib. Ruan 2021-ci il avqustun 15-də “Neftçi” – “Qəbələ” oyununda (2:2) şans qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC