“Oyun haqda nə danışa bilərəm? Yaxşı başladıq, qol vurduq. Hər şey nəzarətimiz altında idi. İkinci hissədə oyuna nəzarət edən tərəf də biz idik. Qol fürsətimiz də oldu. İki-üç şansımız var idi, amma daha yaxşı zərbələr endirsəydik, yarı fürsətlərdən də istifadə edə bilərdik. Əfsuslar olsun ki, qoldan 2 dəqiqə öncə 3-4 ardıcıl səhvlər etdik və qol buraxdıq. Futboldur, fürsətləri istifadə etmirsizsə, qol görürsən”.
Presssport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının X turunun "Zirə" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
Rəqib baş məşqçi Rəşad Sadıqov isə 65-70 dəqiqə üstün olduqlarını matçdan sonra açıqlayıb.. Niyə "Sabah" daha çox əks-hücumlara üstünlük verirdi, halbuki dominant oynamaq üçün lazım olan futbolçulara sahibdi? Xorvatiyalı çalışdırıcısını dinləyək: "Topla və topsuz oyuna nəzarət edə bilərsən. Səmimi desək, "Zirə" heç bir qol fürsəti yaratmadı. Amma bizim isə bir 100 faizli, 2-3 yarı qol fürsətlərimiz oldu ki, onlardan yararlanmalı idik".
Xatırladaq ki, zirəlilər 90+2-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC