Muradov Abasovun gedişini şərh etmək istəmədi, Cavadov haqda danışdı: "O, ilk gündən bizə inandığını söyləyir, hər bir futbolçuya yaxşı motivasiya verir"

“Komanda şəklində qələbəyə inanırdıq. Lakin təəssüf ki, qısa zamanda çox bəsit qollar buraxdıq. Nə qədər toparlanmağa çalışsaq da, heç cür oyunun gedişatını dəyişmək mümkün olmadı”.

Presssport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın üzvü Rövlan Muradov Misli Premyer Liqasının X turunda “Turan Tovuz”a 2:4 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Samir Abasovun gedişini şərh etmək istəməyən 26 yaşlı yarımmüdafiəçi son bir həftədə komandadakı dəyişikliyə belə münasibət bildirib: “Taktiki cəhətdən olan dəyişikliklərdən danışa bilmərəm. Çünki bu, komandanın daxili məsələsidir. Vaqif Cavadov ilk gündən bizə inandığını söyləyir. Hər bir futbolçuya yaxşı motivasiya verir. Bu, ilk oyun idi. İstəməzdik ki, öz meydanımızda, doğma azarkeşlər önündə uduzaq. Təəssüf ki, belə alındı”.

R.Muradov geridə qalan 10 turun “Sumqayıt” üçün uğursuz alındığını söyləyib: “İstədiyimiz kimi oyunlar keçirə bilməmişik. Bəzi matçlarda bəxt amili rol oynayıb, bəzi görüşlərdə pis çıxış etmişik. İndiki vəziyyətdən biz də narazıyıq. Aşağı pillələrdə olduğumuz üçün mövcud durum bizi heç cür qane edə bilməz. Əlimizdən gələni edirik ki, tezliklə vəziyyəti dəyişək”.

O, növbəti turda qarşılaşacaqları “Səbail”lə matçdan da söz açıb: “Bizi səfərdə ağır oyun gözləyir. “Səbail”lə xallarımız eynidir. Ona görə rəqib də qələbəyə oynayacaq. Çətin matç keçəcək. Üstəlik, “Səbail” öz meydanında yaxşı çıxış edir. Lakin istənilən halda toparlanıb azarkeşlərimizi sevindirməliyik” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC