“İlk qol işimizi asanlaşdırdı”.
Presssport.az xəbər verir ki, bunu "Nürnberq"in baş məşqçisi Miroslav Kloze Almaniyanın II Bundesliqasının IX turunda "Qroyter Fyurt"a səfərdə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Almaniyalı mütəxəssis futbolçuları haqqında xoş ifadələr işlədərək, onların enerjisinin, münasibətindən heyran qaldığını vurğulayıb: "Matç ərzində fantastik çıxış etdilər. Biz də belə oyun istəyirdik. Bu, məni çox sevindirdi".
Klozenin fikrincə, Mahir Emreli-Stefanos Tsimas tandemi uğurlu alınıb: "Mahir Emreli zədədən çox əziyyət çəkmişdi. Amma ona vaxt verdik".
Xatırladaq ki, Mahir sözügedən derbidə komandasının ilk qoluna imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC