II Liqa klubunun qapıçısının formasında qüsur olması matçın startını yubatdı, AFFA cərimə kəsdi

AFFA İntizam Komitəsi II Liqada çıxış edən bir neçə klubu cərimələyib.

Presssport.az xəbər verir ki, buna Azərbaycan Kubokunun I təsnifat mərhələsində keçirilmiş matçlardakı hadisələr səbəb olub.

“Göygöl” “Hypers Guba” ilə oyunda 6 futbolçusunun sarı vərəqə almasına görə 70, meydana kənar şəxslərin daxil olması ucbatından 80, matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib. “Hypers Guba” isə 5 oyunçusu sarı vərəqə aldığı üçün 70 manat ödəməli olacaq.

Bundan əlavə, “Lerik” “Ağdaş”la matçda oyun günü planı pozulduğuna görə 100 manat ziyana düşüb. Digər komanda da eyni səbəbdən cərimə ödəyəcək.

“Şəmkir” 80 manat cərimələnib. “Sheki City” ilə qarşılaşmada komandanın qapıçısının formasında qüsur olduğundan görüş gec başlayıb.

"Füzuli" də 100 manat ziyana düşəcək. Buna "Dinamo" ilə oyunda matçın ilkin protokolunu elektron bazada gec təsdiqi səbəb olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC