II Liqa təmsilçisi “Ağdaş"ın futbolçusu Ülvi Sarıyev 4 oyunluq cəzalandırılıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya səbəb II Liqanın VII turunda "Hypers Guba" ilə görüşdə 2-ci sarı vərəqə aldıqdan sonra futbolçunun hakimləri təhqir etməsi olub. Sarıyevin bu hərəkətinə görə klubu 300 manat cərimələnib.
"Ağdaş" həmçinin matçın ilkin protokolunu elektron bazada gec təsdiq edildiyinə görə 100, Əsasnamənin tələbləri pozulduğuna görə 50, beş futbolçusu sarı vərəqə ilə cəzalandığına görə isə 70 manat cərimələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC