Azərbaycan ağırlıqqaldıranları Polşanın Raşin şəhərində keçiriləcək gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində iştirak edəcək.
Presssport.az xəbər verir ki, yarışda ölkəmizi 10 kişi və 1 qadın atlet təmsil edəcək.
Kişilərin yarışında Elşən Məmmədov (61 kq), Qasım İsmayılov (67 kq), Tehran Məmmədov (67 kq), Fuad Həsənov (67 kq), Mahmud Qədirov (73 kq), Ravin Alməmmədov (81 kq), Fuqan Əliyev, (81 kq), Ömər Cavadov (81 kq), Nurlan Məmmədzadə (89 kq) və Əli Şükürlü (109 kq) mübarizə aparacaq.
Qadınların mübarizəsində isə Rahilə Hüseynzadə (81 kq) "körpücük" üzərinə çıxacaq.
Xatırladaq ki, oktyabrın 24-də start götürəcək birincilik noyabrın 4-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC