Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalını qazanıb.
Presssport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 3-cü yer uğrunda görüşdə rumıniyalı Denis Florin Mihai ilə üz-üzə gəlib.
9:0 hesabı ilə qələbə qazanan Quluzadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Xatırladaq ki, mundial oktyabrın 27-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC