“Neftçi”də işlədiyimdə Azərbaycan millisində də çoxlu əcnəbi futbolçu çıxış edirdi, bu isə əsl fəlakət idi" - Petrjela

“Zenit” və “Neftçi”nin çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjela Rusiya mətbuatına açıqlama verib.

Presssport.az xəbər verir ki, 71 yaşlı çexiyalı UEFA-nın qərarı sayəsində braziliyalı müdafiəçi Duqlas Santosun Rusiya millisində oynamaq haqqı qazanmasını dəyərləndirərkən, Azərbaycan yığmasında də vaxtiıə milliləşdirilmiş oyunçuları xatırlayıb:

“Santosun Rusiya pasportu almasını pis qarşılayıram. Bu, xoşuma gəlmir. Rusiya yığmasında rusiyalı gənclər oynamalıdı. Braziliyalı kimə və nəyə lazımdı? Braziliyalılar öz millisində oynasınlar, Rusiya yığmasında yox. Bu normal deyil.

Bəlkə bu, “Zenit”ə əcnəbi oyunçu limiti sarıdan kömək edəcək, amma bu siyasəti bəyənmirəm. Həmişə deyirəm ki, “Zenit”də rusiyalı gənclərin necə oynadığını görmək istəyirəm. Onda onlara akademiya niyə lazımdı?! Bu, bütün Rusiya idmanı üçün fəlakətdi. Rusiya niyə Santosa pasport verir? Bu barədə RFS-dən soruşmaq lazımdırə, çünki bu normal deyil. “Neftçi”də işlədiyimdə Azərbaycan millisində də çoxlu əcnəbi futbolçu çıxış edirdi. Bu isə əsl fəlakət idi. Bunun normal qəbul olunduğu olduğu ölkə tanımıram. Braziliya, Çexiya, Fransa, Almaniya və İngiltərədə belə şey yoxdu. Hər yerdə yalnız öz oyunçuları oynayır".

Xatırladaq ki, Petrjela 2007-08-ci illərdə "Neftçi"də, 2002-06-cı illərdə "Zenit"də işləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC