Püşkatmaya yollanan AFFA rəsmiləri Parisdə səs verdilər

Parisdə keçiriləcək UEFA Milətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasiminə yollanan AFFA rəsmiləri bu gün növbədənkənar prezident seçkilərində iştirak ediblər.

Presssport.az xəbər verir ki, bu haqda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli “Facebook”dakı şəxsi səhifəsində paylaşım edib. 

O, püşkdən əvvəl fürsətdən istifadə edib səsvermə hüquqlarından istifadə etdilərini yazıb. Xatırladaq ki, tədbirdə Məmmədliylə yanaşı, AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər. Püşkatma mərasimi sabah yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC