Oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunları start götürəcək.
Presssport.az xəbər verir ki, 7 gün davam edəcək multi-idman yarışında yeniyetmə paralimpiyaçılarımız da mübarizə aparacaq.
Məktəblilər arasında təşkil olunacaq Gimnaziadada ölkəmizi yeniyetmə paraüzgüçülərimiz və paracüdoçularımız təmsil edəcək.
Paraüzgüçülərimizdən Əli Vəliyev və Nurcan Rüstəmli, paracüdoçularımızdan isə Tahir Əlizadə (60 kq), Ömər Qurbanov (61 kq), Elxan Nəbizadə (66 kq), Hüseyn İsmayılzadə (64 kq), İlham Əzizzadə (82 kq), Elnarə Nizamlı (56 kq), İlahə Əzizzadə (65 kq) və Nurlana Məmmədova (72 kq) Gimnaziadada iştirak edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC