"Qarabağ" Azərbaycanın "Ayaks"ıdı" - hər 2 klubda oynamış niderlandlı hücumçu

"Qarabağ" Azərbaycanın "Ayaks"ıdı, ölkənin ən titullu komandasıdı".

Presssport.az xəbər verir ki, bunu hər iki klubda çıxış etmiş niderlandlı futbolçu Raydell Pupon Amsterdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

Hazırda ölkəsinin DWS həvəskar komandasının formasını geyinən 37 yaşlı hücumçu komandaların Avropa Liqasında gerçəkləşəcək oyunu barədə danışıb:

“Bu qarşılaşmada "Ayaks"ın qələbə qazanacağını gözləyirəm. Mənim dövrümdəki baş məşqçi hələ də ordadı. Qurban Qurbanov klubda böyük fiqurdur".

Raydell Ağdam təmsilçisinə keçidini də xatırlayıb: "Uzun müddət Niderlandda çıxış edirdim. Fərqli bir şeyə hazır idim. 2015-ci ildə "Qarabağ" "qapını döydü". Amma klub haqqında heç nə bilmirdim. Onlar Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edirdi. Getməyimin əsl səbəbi bu idi. Bakı gözəl şəhərdir, Dubaya bənzəyir. Böyük binalar var və o qədər də isti deyil. Orda insanlar rus və türk dillərində də danışır. Mənim isə hər zaman tərcüməçim olurdu".

Xatırladaq ki, Pupon 2015-ci ilin yayından 2016-cı ilin yanvarına qədər "köhlən atlar"da çıxış edib. O, 2004-06-cı illərdə "Ayaks"ın aşağı yaş qruplarından ibarət komandalarında, 2006-2008-ci illərdə isə əsas heyətində yer alıb.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC