Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının I pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Fabyenn Mişelin başçılıq etdiyi Almaniyadan olan hakimlər idarə edəcək.
Ona yan xətdə Melissa Cus və avstriyalı Amina Sara Quçi kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Karolin Uoker yerinə yetirəcək.
VAR hakimləri Katrin Rafalski, Coan Pfayfer olacaq.
Xorvatiyalı Blajenka Loqaruşiç hakim-inspektor, monteneqrolu Sanya Boşanats Perişiç UEFA nümayəndəsi kimi təyinat alıb.
Oktyabrın 25-də "Dalğa Arena"da təşkil olunacaq qarşılaşma saat 16:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC