AFFA İntizam Komitəsi Əvəzedicilər liqasında çıxış edən "Qarabağ-2" və “Sumqayıt-2”yə texniki məğlubiyyət verib.
Presssport.az xəbər verir ki, Ağdam klubu "Kəpəz-2" ilə X turun matçında futbolçu limitini pozduğu üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
"Köhlən atlar" həmçinin 400 manat cərimə olunub.
"Gənclik şəhəri" təmsilçisi isə həmin turda "Turan Tovuz-2" ilə matçda legioner limitini pozub. Bu səbəbdən sumqayıtlılar 0:3 hesablı texniki məğlubiyyət alaraq 400 manat da cərimələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC