"Qalatasaray" kimi adlı-sanlı klubun futbolçumuzla maraqlanması, nümayəndəsinin gəlib oyununu izləməsi - bu nöqteyi-nəzərdən səfər edibsə - təbii ki, bu, sevindirici haldı. Deməli, artıq bu cür klublar da bizim oyunçuları diqqət mərkəzində saxlayırlar. Yəqin ki, ”Qalatasaray"ın “Qarabağ"la Bakıdakı yoldaşlıq görüşündən sonra əlaqələrinin yaxşı, klubların rəhbərlərinin türklər olması da vacib rol oynayır. Əsas da Toralın millidə son mərhələdə göstərdiyi oyunudu".
Bu fikirləri Presssport.az-a açıqlamasında milli komandamızın məşqçisi Arif Əsədov deyib.
Millimizin və "Qarabağ"ın 22 yaşlı cinah müdafiəçisi Toral Bayrmovun "Qalatasaray"ın maraq dairəsinə düşməsi diqqət mərkəzindədi. İstanbul klubunun idman direktoru Cenk Ergün Bakıya səfər edərək “Səbail” - "Qarabağ" görüşünü keçirildiyi "ASCO Arena"dan izləyib. Əsədovun fikrincə, millidə son vaxtlar inkişafa doğru gedən 3-4 futbolçu var ki, onlardan biri məhz Bayramovdu: “Toralda inkişaf yaxşı sürətdə gedir. Baxmayaraq ki, solaxaydı və adətən belələri müdafiənin sol cinahında oynayır, amma o, sağda da çıxış edə bilir. Yəni, universal futbolçudu. Bayramovun ümumiyyətlə, bütün cinahlarda oynamaq qabiliyyəti var. Son oyunlarda da bir az özünəimamı artıb. 1-2 il əvvəl ”Qarabağ" fonunda o oyunçuların içində bir az sıxılırdısa, indi artıq özünü tam sərbəst hiss edir. Hətta özünüz də görürsünüz ki, həlledici zərbələri - 11 metrlik və cərimə zərbələri Torala tapşırılır. Bu isə ondan xəbər verir ki, məşqçilər də, komanda da ona inanır, güvənir. Özü də gəncdi və onda bütün müsbət cəhətlər var. Antropometrlik göstəriciləri də beynəlxalq standartlara hardasa cavab verir. Məncə, "Qalatasaray" da perspektiv baxımından bunu düşünü bilər".
Əsədovun sözlərinə görə, bu yaşda ən vacibi xaricə gedib oyun praktikasını itirməməkdi: “Yəni, gənc futbolçu elə bir seçim etməlidi ki, gedib daim hazır olsun. ”Qalatasaray" adına görə getməməlidi, orda oynamayacamsa, o ad mənə lazım deyil. Ola bilər maliyyə baxımından da yaxşı ola bilər. Lakin gənc, perspektivi görünən futbolçular daha çox harda oynayıb inkişaf edə bilər - bax, əsas bunu düşünməlidi. Misal üçün götürək Arda Güləri. Getdi "Real"a, dünyanın ən üzdə olan klubuna. Hamı istəyər ki, gedib Madrid təmsilçisində oynasın. Lakin gedib orda oynamayacaqsa, yaddaşlardan itəcəksə, ondansa elə yerdə oynamalıdı ki, daim Arda Gülər inkişaf etsin. Yəni, bunu misal kimi gətirdim ki, bu, hamımıza, bizə də aiddi".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC