Hakimləri təhqir edən və hədə-qorxu gələnlər ağır cəzalandırılıb

Azərbaycanın aşağı yaş qruplarından ibarət liqalarında hakimləri təhqir edən məşqçilər cəzalandırılıb.

Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-15 Liqasında keçirilən “Zirə” - “Kəpəz” oyununda qonaq komandanın məşqçisi İlqar Hüseynov qarşılaşmanın 76-cı dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə gördüyünə görə 5 oyun cəzalandırılıb. U-10 Liqasında keçirilən “Ahmedoğlu” - ”Muğan” oyununun 15-ci dəqiqəsində meydan sahiblərinin köməkçi məşqçisi Şəhruz Salmanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılmasına, bundan sonra da hakimi təhqir və hədə-qorxu gəlməyə davam etdiyinə görə 5 oyunluq cəzaya məruz qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC