UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İsveçin "Elfsborq" klubunu cərimələyib.
Presssport.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında məlumat yer alaraq Allsvenskan təmsilçisinin "Roma"ya qalib gəldikləri (1:0) II turun matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50000 avro ziyana düşdüyü göstərilib.
Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. "Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.
Xatırladaq ki, "Qarabağ" turnirin Liqa mərhələsində dekabrın 11-də "Elfsborq"un qonağı olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC