3 boksçumuz dünya birinciliyinə qələbə ilə start verib

Azərbaycanın 3 təmsilçisi Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya birinciliyinə qələbə ilə start verib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, Qızbəs İsgəndərli (60 kq) 1/16 finalda Ayda Kopse (Sloveniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və boksçumuz qalib elan edilib.

İsgəndərli 1/8 finalda ilk mərhələdən azad olan tunisli Molka Xalifi ilə döyüşəcək.

63,5 kq çəkidə Əli Abdullayev də debütdə qələbə qazanıb. O, Skender Laladan (Albaniya) üstün olub – 4:1 (29:27, 29:27, 29:27, 29:27, 27:29). Abdullayev 1/16 finalda rusiyalı Malik Suqaypovla üz-üzə gələcək.

Abbasqulu Şadlinski (75 kq) də 1/32 final görüşünü xeyrinə bitirib. O, Montassar Ben Zidi (Tunis) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü ikinci qarşılaşmasını Giorgi Natroşviliyə (Gürcüstan) qarşı keçirəcək.

Xatırladaq ki, dünya birinciliyi noyabrın 3-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC