"Vüqar Həşimov" klubu Avropa Kubokunda növbəti qələbəsini qazanıb

“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb.

Presssport.az xəbər verir ki, Azərbaycan təmsilçisi IV turda İsveçrənin “Riksen” klubuna 4:2 hesabı ilə qalib gəlib.

Şahmatçılarımız əvvəlki üç turda Norveçin SOSS (5,5:0,5), İsveçin “Lunds” kollektivlərini (3,5:2,5) üstələyib, Rumıniyanın "Superçess" klubuna isə 1:5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC