AFFA BOS-un ÇL-ə namizəd olması haqda: "Ümid edirik ki, UEFA seçimində əvvəlki təcrübələrə də diqqət yetirəcək"

“Ölkəmizin mötəbər idman yarışlarını təşkil etmək baxımından böyük təcrübəsi var. Bu səbəbdən ümid edirik ki, UEFA seçimində bu məqamlara diqqət yetirəcək”.

Presssport.az xəbər verir ki, bunu açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Bakı Olimpiya Stadionunun (BOS) 2027-ci ildə Çempionlar Liqasının (ÇL) finalına namizəd olması ilə bağlı danışarkən deyib.

O, rəsmi müraciətlərin 2025-ci il martın 19-dək təqdim edilməli olduğunu xatırladıb:

"Azərbaycan 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final oyununa ev sahibliyi üçün namizədliyini irəli sürüb. Çempionlar Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı UEFA-ya müraciət edilib. Bu, ilkin müraciətdir. Rəsmi müraciətlər 2025-ci il martın 19-dək təqdim olunmalıdır. UEFA İcraiyyə Komitəsi Çempionlar Liqasının final matçını qəbul edəcək şəhərin adını gələn ilin mayında açıqlayacaq. Bakı artıq bir dəfə - 2019-cu ildə UEFA Avropa Liqasının final oyununu qəbul edib. Ölkəmizin mötəbər idman yarışlarını təşkil etmək baxımından böyük təcrübəsi var. Bu səbəbdən də ümid edirik ki, UEFA seçimində bu məqamlara diqqət yetirəcək".

Qeyd edək ki, BOS ilə yanaşı, İspaniyanın "Metropolitano" stadionu da sözügedən matçın təşkili üçün namizəddir (report.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC