Ot örtüyü yararsız vəziyyətə düşdü, I Liqada matçın yeri dəyişdirildi

I Liqanın VI turunun "Baku Sportinq" - "Qaradağ Lökbatan" matçının yeri dəyişdirilib.

Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Hava şəraiti ilə əlaqədar olaraq “Baku Sportinq Arena”nın ot örtüyünün yararsız vəziyyətə düşməsi ilə bağlı “Baku Sportinq”in müraciəti, “Qaradağ Lökbatan”ın razılığı, PFL-in yekun qərarı ilə adıçəkilən klublar arasında keçirilməli olan I və II dövrənin oyunlarının yeri dəyişdirilib. Belə ki, komandalar arasında VI turun oyunu Lökbatan OİK stadionunda baş tutacaq, matçın günü və saatı ilə bağlı hər hansı bir dəyişiklik yoxdu. Yəni, görüş oktyabrın 25-də saat 14:00-da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC