Samir Abasovun “Neftçi”nin baş məşqçi postuna qayıdışıyla məşqçilər korpusunda böyük dəyişiklik olub. Hər halda, adıçəkilən mütəxəssisin öz korpusuyla yeni klubuna getdiyini həmişə görmüşük. Bunlar Seymur Rəhimov, Vəfadar Quliyev və Mübariz Orucovdu ki, onlar vaxtilə “ağ-qaralar”da da onunla birgə olub.
Abasovun son klubu “Sumqayıt”dan gətirdiyi bir köməkçisi - qapıçılarla işləyən məşqçi Anar Niftəliyev ilk dəfədi “ağ-qaralar”da yer alıb. Qalır fiziki hazırlıq üzrə məşqçidi ki, o, ukraynalı sabiq baş məşqçi Roman Qriqorçukun korpusundan qalan tək mütəxəssisdi. Söhbət italiyalı Cordano Domenikodan gedir ki, bu əcnəbi mütəxəssis baş məşqçi dəyişikliyindən sonra də “Neftçi”də işinin başındadı.
Qriqorçukun korpusundakı yerli köməkçilərin gələcək taleyi də maraq doğurur ki, onlardan 1-i Abasova çox yaxşı tanışdı. Bu, qapıçılarla işləyən Emil Babayevdi ki, keçən mövsüm məhz “Sumqayıt”da Samir müəllimin korpusnda yer alaraq hələ mövsüm bitməmiş klubdan ayrılmışdı. 43 yaşlı adıçəkilən mütəxəssis də “Neftçi”dən rəsmən ayrılaraq ona heç bir bağlılığı qalmayıb.
Qriqorçukun Azərbaycanda ilk klubu - hələ “Qəbələ”də də köməkçisi olmuş Sənan Qurbanov isə Abasovla birgə işləməsə də, “Neftçi”də fəaliyyətini davam etdirir. Belə ki, klubdan Pressssport.az-a verilən məlumata görə, 44 yaşlı bu mütəxəssis futbol akademiyasında aşağı yaş qrupları üzrə koordinator kimi çalışır.
Xatırladaq ki, PRO kateqoriyalı Qurbanov “Neftçi”yə keçən yay rumıniyalı Adrian Mutu baş məşqçi vəzifəsinə təyinatından sonra yerli köməkçi kimi əsas komandaya gətirilmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC