“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.
Presssport.az xəbər verir ki, Vüqar Əsgərlinin komandası Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşüb.
B qrupunda yer alan təmsilçimiz bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Hesabı 9-cu dəqiqədə Əli Bəşirov açıb. Bu qoldan 4 dəqiqə sonra qapıçı Bilal Hacıyev penaltini dəf edərək rəqibin hesaba tarazlıq gətirməsinə imkan verməyib. Yeri gəlmişkən, Bilal “Qarabağ”ın Futbol Akademiyasının direktoru Aftandil Hacıyevin oğludu.
Görüşün 21-ci dəqiqəsində Murad İbrahimovun fərqlənməsi ilə “Qarabağ”ın üstünlüyü iki topa çatıb və bu, matçda son nöqtə olub.
Xatırladaq ki, “Qarabağ” qrupdakı digər iki matçını sabah keçirərək, öncə “Olimpik”, ardınca BATE ilə qarşılaşacaq.
Onu da bildirək ki, Əlinin vurduğu gözəl qolu xüsusi qeyd etmək olar. Bu qol barədə matçın rusiyalı şərhçisi də müsbət sözlər deyib. O, bir neçə dəfə bunu “əla qol” adlandırıb.
https://www.youtube.com/watch?v=zVM3yhdvbyo&t=17s
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC