“Oyuna yaxşı hazırlaşmağımız üçün həftəlik məşq proqramını uğurla keçirik. Hər şey normaldır. Derbi matçının məsuliyyətini anlayırıq”.
Presssport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Paçu Lira Misli Premyer Liqasının XI turunda "Turan Tovuz"la keçiriləcək oyunqabağı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Braziliyalı hücumçu hazırlıq prosesində məşqçilər tərəfindən verilən tapşırıqlar üzərində səylə çalışdıqlarını bildirərək, gərgin oyun olacağını sözlərinə əlavə edib: “Hər iki komanda qələbə istəyində olduğundan futbolçuları ağır, azarkeşləri maraqlı matç gözləyir. Mövqeyimiz yaxşı deyil. Vəziyyəti düzəltmək üçün hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxırıq. Bütün qarşılaşmalar bizim üçün önəmlidir”.
Paçu ötən mövsümü “Turan Tovuz”da keçirib. O, Qərb derbisinin özü üçün fərdi planda prinsipiallıq daşımadığını qeyd edib: “Növbəti çempionat oyunudur. Düzdür, əzəli rəqabəti nəzərə olaraq, matçın prinsipial statusda olduğunu deyə bilərik. Meydana qələbə üçün çıxacağıq. Əla oyun olacaq. Rəqib düşərgədə çoxlu dostum var. Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq. Mübarizəyə hazıram və onları məğlub edə biləcəyimizə inanıram”.
Xatırladaq ki, oktyabrın 25-də keçiriləcək "Turan Tovuz" - "Kəpəz" matçı saat 19:00-da başlayacaq
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC