"Təbii ki nəticədən razıyıq. Qələbə qazandıq. Oyunçularımın performansından razı qaldım".
Presssport.az xəbər verir ki, bu sözləri "Ayaks"ın baş məşqçisi Françesko Farioli Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Ardından italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Hakimin performansını necə dəyərləndirirsiniz? Niderland çempionatında bu cür penalti, yaxud qırmızı vərəqə verilir?
- Qaydalara görə, heç vaxt hakimlər barədə danışmırıq.
- Tam fərlqi “Ayaks” gözləyirdik. Xüsusilə hissədə komandanızın oyunundan nə dərəcədə razı qaldınız?
- Birinci hissədə "Qarabağ" oyuna fantastik başladı. Bunu gözləyirdik. Dünən də işimizin heç də asan olmayacağını demişdim. Lakin "Qarabağ" azlıqda qaldıqdan sonra oyunun gedişatı dəyişdi.
- Qələbədə hansı amil həlledici oldu?
- Bu, sadəcə bir elementlə bağlı deyil. İlk qoldan sonra daha rahat oynadıq. Daha çox qol şanslarımız oldu. Azlıqda qalsa da, "Qarabağ" təzyiqləri davam etdirirdi və yalnız 0:3-dən sonra təslim oldu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC