"Qarabağ"la matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi: "İlk hissədə çətin anlar yaşadıq, qırmızı vərəqədən sonra oyunun mənzərəsi dəyişdi"

“Qarabağ” ilk 15 dəqiqədə daha yaxşı olan tərəf idi. İlk hissədə çətin anlar yaşadıq, qırmızı vərəqədən sonra oyunun mənzərəsi dəyişdi".

Presssport.az xəbər verir ki, bu sözləri "Ayaks"ın futbolçusu Vaut Veqhorst Avropa Liqasının Liqa mərhələsinin III turunda Bakıda "Qarabağ"a qalib gəldikləri oyundan sonra deyib. 

Niderlandlı hücumçu 3:0 hesablı qələbəyə baxmayaraq, oyunlarında müəyyən problemlər olduğunu gizlətməyib: "Rəqib qırmızı vərəqə alandan sonra bir az oyunumuzu düzəltdik, amma çox tez-tez səhvlər edirdik. Hətta ikinci hissədə rəqib azlıqda olanda da səhv edirdik. Bunun üzərində işləməliyik".

Oyunda 1 qol və 1 məhsulda ötürmə müəllifi olan Veqhorst bununla bağlı da danışıb: “İlk qolumuzda topu sol küncə vurmaq istədim, amma yenə də Teylora toxundu. Bunu assist hesab edirəm (gülür). Ardından penaltidən qolumla hesab 2:0, daha sonra 3:0 oldu. Səfər oyununda bu, çox yaxşı nəticədir. Ümumilikdə biz də yaxşı oynadıq, top fərqi də yaxşıdı".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC