"Qarabağ"ın qapısına penalti də düz idi, verilən qırmızı vərəqələr də" - Xaqani Məmmədov

“Epizodların çoxu mübahisəli deyildi. Qapımıza verilən penalti də düz idi, hər iki qırmızı vərəqə də”.

Presssport.az xəbə veri ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov deyib.

Keçmiş referi Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçirilən “Qarabağ” – “Ayaks” matçının (0:3) hakimliyi ilə bağlı danışıb. O, şotlandiyalı hakim Nikolas Uolşun rəqibin ilk qolunda “Qarabağ”a qarşı sərt qərar verdiyini bildirib:

 “Qarabağ”ın qolu sayılmadı ki, o da düz idi. Çünki oyundankənar vəziyyət var idi. Onların vurduğu ilk qolu isə hakim saymaya bilərdi. Məncə, başqa hakim olsaydı, fərqli qərar verərdi. Çünki rəqib futbolçusu “Qarabağ”ın oyunçusu Marko Yankoviçə qarşı kobudluq etmişdi. Düzdür, Yankoviç də rəqibi tuturdu, mübarizə idi, amma hakim istəsə, çox rahatlıqla “Qarabağ”a qarşı qayda pozuntusunu qeydə ala bilərdi. Referi bizə qarşı çox sərt idi. Eyni epizodlarda “Qarabağ”ın əleyhinə, “Ayaks”ın lehinə qərarlar verirdi. Hakim özünü hollandlara, “Ayaks”a göstərirdi.

Ümumilikdə hakimin rəqibə bir az simpatiyası hiss olundu. Bizə qarşı isə çox sərt idi. Görünür, “Ayaks”ın nüfuzu hakimlərə də təsir edir. Qurban Qurbanovun çox yaxşı bir sözü var: “Klub olaraq böyüməliyik”. Bəli, böyüməliyik ki, bizimlə də hesablaşsınlar. Ümumilikdə Yankoviçin epizodundan başqa, hakimin digər qərarları düz idi. Təbii ki, xırda səhvləri nəzərdə tutmuram.  O səhvlər hər oyunda olur”. 

X.Məmmədov məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın yaxşı oyun göstərdiyini bildirib: “Qarabağ” hətta 10 nəfərlə də çox əla oynadı. Amma onsuz da “Ayaks” fiziki cəhətdən “Qarabağ”dan güclüdür. Üstəlik futbolçu sayında artıq olandan sonra çox rahat oynadılar. “Qarabağ” əlindən gələni etdi və pis oynamadı” (qol.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC