Zidan Azərbaycan üçün dünya birinciliyində qələbə qazanıb

Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində qələbə qazanıb.

Presssport.az xəbər verir ki, Zidan Hümbətov (51 kq) ilk görüşündə Alexandros Mavrommatislə (Yunanıstan) qarşılaşıb.

O, görüşün taleyini ikinci raundda həll edərək tam üstünlüklə qalib gəlib. Hümbətov 1/8 finalda Mateuş Şoçarjla (Polşa) döyüşəcək.

Əli Abdullayev (63,5 kq) isə ikinci qarşılaşmasını aktivinə yazıb. O, 1/16 finalda Malik Suqaypovu (Rusiya) məğlub edib – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27). Boksçumuz növbəti görüşdə Ruslan Qafurovla (Tacikistan) üz-üzə gələcək.

Mundiala noyabrın 3-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC