Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində Bakıda Portuqaliya ilə qarşılaşıb.
Pressssport.az xəbər verir ki, Siyasət Əsgərovun komandası “Liv Bona Dea Arena”dakı matçda rəqibinə 1:4 hesabı ilə məğlub olub. Millimizin yeganə qolunu 58-ci dəqiqədə Nazlıcan Parlak rəqib qapısından keçirib.
Komandaların cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC