"Komandamız yenə sona qədər qorxmadan mübarizə apardı. Rəqibin gücü bəlli idi. Doğma azarkeşlərimiz önündə sərfəli nəticə qazanmağa çalışdıq. Lakin Portuqaliya yığması bizi səhvlərə məcbur edirdi".
Pressssport.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirilən oyundan sonra deyib.
O, 1:4 hesabıyla uduzduqları matçda rəqibin güclü futbolçulardan təşkil olunduğunu söyləyib:
“Düşünürəm ki, ikinci hissəyə daha yaxşı başladıq, qol da vurduq. Ondan sonra qızlarda tələskənlik yarandı, ikinci qolu vurmağa can atdılar. Ancaq səhvlərə yol verdik və dördüncü qolu buraxdıq. Nəticə bizi məyus etdi. Komandamız yenə sona qədər qorxmadan mübarizə apardı”.
Əsgərov cavab oyunu barədə də fikirlərini bölüşüb: “Bugünkü matçı komanda olaraq müzakirə edəcək, səhvlərimizi düzəltməyə çalışacağıq. Bu gün hesab ürəkaçan olmadı. Portuqaliyaya minimum heç-heçə üçün yollanacağıq”.
Xatırladaq ki, millimiz oktyabrın 29-da Vizelada cavab matçına çıxacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC